RSS

Pul Etiket Arxivləri:

Elektrik xərclərinin hesablanması. (İşıq pulu)

Elektrik xərclərini (işıq pulunu) hesablamaq üçün biz ilk öncə məişət cihazının gücünü, bu cihazı təxminən neçə saat işlətdimizi və bir kilovatsaat elektrik enerjisinin qiymətini bilməliyik.

Hər bir elektrik cihazının üstündə (və ya kitabçasında) onun gücünü göstərən rəqəmlər olur. Məsələn: Tozsoran (2500W), Mikrodalğalı soba (700W), Lampa (100W), Fen (1400W), Ütü (2000W)


Misal üçün:
Üzərində “2500W” yazılan yəni, 2500 Vatt gücə malik tozsoranı götürək.

(İngilis dilində “Watt” – Azərbaycan dilində isə Vatt)


İlk öncə biz Vattı KiloVatta çevirməliyik. Bunun üçün biz 2500ü 1000ə bölürük:
2500 (Vatt) : 1000 = 2.5 (KiloVatt)
Hesabladıq ki, tozsoran 1 saat ərzində 2.5 KiloVatt enerji sərf edir.

İndi isə tozsoranın 1 ay ərzində istifadə elədiyi enerini hesablayaq. Əgər tozsoran 1 həftə ərzində cəmi 2 saat istifadə edilirsə deməli 1 ay ərzində 8 saat işlədilir. (1 ayda 4 həftə var və hər həftə 2 saat işlədilir: 2 x 4 = 8)
1 saat ərzində 2.5 KiloVatt enerji sərf edən tozsoran, 8 saat ərzində 8 x 2.5 = 20 KiloVatt-Saat enerji sərf edəcək.

Ən son olaraq xərci hesablamaq üçün bizə 1 KiloVatt-Saat enerjinin qiyməti lazımdı, təxmini olaraq 7 qəpik götürsək. (7 qəpik = 0.07 Manat)
20 KiloVatt-Saat enerjinin qiymətini hesablamaq üçün:

20 (KiloVatt-Saat) x 0.07 (Manat) = 1.40 manat (1 manat, 40 qəpik)

Nəticə: 2500 Vatt gücündə olan tozsoran həftədə cəmi 2 saat işlədilərsə bir aya 1 manat, 40 qəpik işıq pulu yazmış olar.


Addım 1: Elektrik cihazının gücünü Vatt-dan KiloVatta çevirik.
Addım 2: Ay ərzində təxmini neçə saat işlədiyini hesablayıb vururuq KiloVatta və aldığımız ədəd olur KiloVatt-Saat.
Addım 3: Son olaraq 1 KiloVatt-Saat elektik enerjisinin qiymətini vururuq aylıq sərfiyyata.

 
Bir şərh yazın

Müəllif Açıq Sentyabr 29, 2019 in Uncategorized

 

Etiketlər: , , , , , , , , , , , ,